Ədalət təmsilçilərinin toplantısı keçirilib
- 13 Dek 2021 11:52
- 517
Azərbaycan Voleybol Federasiyası (AVF) 2021-2022-ci illər mövsümündə ölkəmizdə keçiriləcək yarış və turnirlərdə iştirak edəcək hakimlər ilə toplantı keçirib. "Rekord.az" xəbər verir ki, toplantıda 25-ə yaxın ədalət təmsilçisi iştirak edib.
İclasda AVF-nin ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev, beynəlxalq dərəcəli hakimlər Eldar Zülfüqarov və Zaur Hacıyev ilk olaraq iştirakçıları salamlayıb onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.
Hakimlər Eldar Zülfüqarov və Zaur Hacıyev toplantı iştirakçılarına yeni qaydalar haqqında məlumatlar verib və iclasda iştirak edən hakimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, uzun zamandır ölkəmizdə keçirilən bütün yarışlara hakimlər federasiyanın hakimlər komitəsi tərəfindən təyin olunur.
Xatırladaq ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar təşkil edib. Yaxın zamanlarda belə seminarlar yenidən keçiriləcək.