EEVZA kubokunda çıxış edən komandamız yenə quru hesabla uduzdu
- 23 Noy 2023 23:42
- 251
Ölkəmizi EEVZA kubokunda təmsil edən qızlardan ibarət U-18 millimiz növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamız bu dəfə Litva yığması ilə qarşılaşıb.
Görüş rəqibin üstünlüyü ilə keçib. 3 set davam edən matçda voleybolçularımız quru hesabla məğlub olublar.
Qeyd edək ki, komandamız növbəti oyununu sabah Polşaya qarşı keçirəcək.
EEVZA U18 (qızlar)
CEV 2024 AVROPA ÇEMPİONATI (1-ci təsnifat mərhələsi)
23 noyabr
Azərbaycan - Litva 0:3 (7:25, 14:25, 13:25)