Əfqanıstan millisinin üzvü başı kəsilərək öldürüldü
- 22 Okt 2021 12:57
- 658
Əfqanıstanlı gənc qadın voleybolçu Taliban döyüşçüləri tərəfindən vəhşicəsinə öldürülüb. "Rekord.az" xəbər verir ki, bu barədə məlumat bir sıra xarici mediada yer alıb.
Gənc voleybolçu Mahjabin Hakimi başı kəsilərək öldürülüb. "Persian Independent"ə açıqlama verən Əfqanıstanın qadın voleybolçulardan ibarət millisinin məşqçisi də bu xəbəri təsdiqləyib. "The Sun" qəzetinin yaydığı xəbərə görə, Hakimi öldürüldükdən sonra cəsədin şəkillərini internetdə paylaşılıb. Bununla belə, həmin şəkillərin Hakimiyə aid olub-olmaması hələ təsdiqlənməyib.
İranlı jurnalist Muhtar Vefayinin "Persian Independent"də yerləşdirdiyi xəbərdə bildirilir ki, komandanın məşqçisi Talibanın avqust ayında nəzarəti təmamilə ələ keçirməsindən sonra komandadan yalnız iki oyunçu ölkədən qaça bilib. Mahjabin Hakiminin isə qaçmağı bacarmayan çoxsaylı qadın idmançılardan biri olduğunu deyən məşqçi onu da vurğulayıb ki, öldürülən voleybolçunun ailə üzvləri təhdid olunduqları üçün bu dəhşətli cinayəti heç kəsə deyə bilməyiblər.