Əfsanəvi boksçu ölkə prezidentliyinə namizəd oldu
- 20 Sen 2021 16:16
- 745
Boks üzrə 8 dəfə dünya çempionu Menni Pakyao Filippin prezidentliyinə namizədliyini irəli sürüb.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, 5 ildir senator olan əfsanəvi idmançının namizədliyini Demokratik Filippin Partiyası irəli sürüb.
42 yaşlı Pakyaonu seçkidə çətin mübarizə gözləyir. Bu il iyun ayında keçirilən rəy sorğusunda o, namizədlər arasında 5-ci yeri tutmuşdu.
Qeyd edək ki, Pakyao 2015-ci ildə 1 milyard 250 milyon dollar gəliri ilə "Forbes" jurnalının hazırladığı ən zəngin idmançılar siyahısında ikinci olmuşdu.