
Əhmədovaya 4 oyunluq cəza
- 01 Apr 2025 16:10
- 76
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda AFFA Yüksək Qızlar Liqasının bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul edilib:
“Baku Juniors” - “Dirçəliş“ FK oyununun 28-ci dəqiqəsində "Baku Juniors"un oyunçusu Xanmana Əhmədova təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.