Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.

Rekord.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha biri – Məmməd Əhmədzadə körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Məmməd toplam 264 kq (116+148) nəticə ilə 8-ci yeri tutub.