Ekşteyn "Sabah"dakı oyunundan həzz alır
- 26 Okt 2019 15:24
- 783
"Ekşteynin Azərbaycanda işləri qaydasındadır. Ona görə sevinirəm".
Rekord.az xəbər verir ki. bu sözləri "Sabah"ın yarımmüdafiəçisi Hendrik Ekşteynin meneceri Polesa Mxize Cənubi Afrika mətbuatına açıqlamasında deyib. O, "Pule" ləqəbli futbolçunun komandasının ən yaxşılarından biri olduğunu deyib:
"Ötən turdakı oyunda sonuncu qolu vurdu və komandasına 1 xal qazandırdı. Azərbaycana tam uyğunlaşıb və öz oyunundan həzz alır. "Sabah"ın ən yaxşı futbolçularından biridir. Bu səbəbdən müntəzəm oynayır".
Qeyd edək ki, Ekşteyn "Sabah"a bu yay ölkəsinin "Kayzer Çifs" klubundan keçib.