Ekvadorun "Emelek" klubunun futbolçusu Cekson Rodrigesin ailə üzvləri qaçırılıb.


Rekord.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, müdafiəçinin evinə hücum edilib.


Cinayətkarlar evi qarət etdikdən sonra onun həyat yoldaşını və uşağını qaçırıblar.


Rodriges hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.