
"El Klassiko"nu buraxacaq?
- 06 Okt 2020 16:00
- 652
"Barselona"nın futbolçusu Jordi Alba zədələnib.
Rekord.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, ispan müdafiəçi La Liqanın 5-ci turunda "Sevilya" ilə matçda (1:1) sağ ayağının bud nahiyəsindən zədə alıb.
Onun bərpa müddəti barədə məlumat verilməyib.
İspaniya mətbuatı Albanın La Liqada oktyabrın 25-i keçiriləcək "Real"la görüşü buraxa biləcəyini yazıb.