AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, o, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.


Qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.