Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un da rəqibi bəlli olub.

1-ci liqa təmsilçisi bu mərhələdə Super Liqada mübarizə aparan “Qaziantep”lə qarşılaşacaq.

Son çempion “Beşiktaş” “Altay”la qarşılaşacaq. “Qalatasaray” “Dənizlispor”la, “Fənərbaxça” “Afyonspor”la, “Trabzonspor” isə “Boluspor”la üz-üzə gələcək.

Türkiyə kuboku
5-ci təsnifat mərhələsi
28-29-30 dekabr

Fənərbaxça -  Afyonspor
Beşiktaş - Altay
Qalatasaray - Dənizlispor
Trabzonspor - Boluspor
Kasımpaşa - Kocaelispor
Alanyaspor - Mardin 1969 Spor
Göztəpə - Samsunspor
Yeni Malatyaspor - Bandırmaspor
Hatayspor - Menemenspor
Adana Dəmirspor - Ankaraspor
Sivasspor - Ankaragücü
Kayserispor - Aksaray Bələdiyyəspor
Qaziantep - Bursaspor
Antalyaspor - Girəsunspor
Konyaspor - Ümraniyəspor