Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunlarında boks yarışlarında final görüşlərinə start verilib.

Rekord.az xəbər verir ki, məktəblilər arasında təşkil olunan multi-idman yarışında Azərbaycan millisinin heyətində həlledici döyüşə ilk olaraq Əli Əliyev (46 kq) çıxıb.

Erməni boksçu ilə qarşılaşan təmsilçimiz inamlı qələbə qazanaraq çempion tituluna yiyələnib. Bu, komandamızın Manamada ilk qızıl medalı olub.

Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 8 boksçumuz finalda yarışacaq.