“Əlimdən gələni etməyə çalışdım” - Azərbaycan badmintonçusu
- 27 İyl 2024 14:20
- 206
“Əlimdən gələni etməyə çalışdım”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk matçı ilə bağlı danışarkən deyib.
N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançı rəqibinin iddialı olduğunu bildirib:
O, növbəti qarşılaşmada daha yaxşı oynamağa çalışacağını söyləyib: “Bu, mənim ilk olimpiadamdır. İstər-istəməz həyacan var idi".
Badmintonçu növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək. Paris-2024 avqustun 11-də başa çatacaq.