Elita klubları maaş ödəməkdən imtina etdilər
- 01 Apr 2020 12:41
- 668
Koronavirus pandemiyasına görə problemlərlə üzləşən klublar sırasına Avstraliya çempionatının bəzi iştirakçıları da daxil olub.
Rekord.az xəbər verir ki, bu ölkənin 3 klubu futbolçularına və digər işçilərinə maaş verməyəcək.
Yerli mətbuatın yaydığı xəbərə görə, söhbət Avstraliya yüksək liqasında mübarizə aparan “Pert Qlori” və “Sentral Koast Mariners” və “Vestern Sidney Uonderers” klublarından gedir. İddiaya görə, koronavirusla əlaqədar çempionatdakı fasilə səbəbindən yetərli gəlirə sahib olmayan və ciddi böhran yaşayan bu klublar təkcə futbolçularına yox, digər işçilərinə də maaş ödəyə bilməyəcək duruma düşüb.
Qeyd edək ki, Avstraliya Peşəkar Futbolçular Birliyi də sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yayıb və əksər klubların oxşar problemlərlə üzləşdiyini bəyan edib.