FİFA referisi Əliyar Ağayev AÇ-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb. 

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 12-də keçiriləcək Farer adaları – Rumıniya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.