Əliyar Ağayev ÇL matçına təyinat aldı
- 03 Noy 2024 11:15
- 81
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.
Rekord.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.