Futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci turun oyunları üçün bütün təyinatlar məlum olub.

Rekord.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev “Neftçi-2” – “Sumqayıt-2” matçını idarə edəcək:

Birinci Divizion
15-ci tur

13 fevral

Kəpəz– Keşlə-2
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu, 14:00

Neftçi-2 – Sumqayıt-2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“AZAL Arena”, 14:30

Qaradağ Lökbatan – Turan Tovuz
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

14 fevral

Zirə-2 – Sabah-2
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
“AZAL Arena”, 14:00

Zaqatala – Qarabağ-2
Hakimlər: Rauf Cabarov, Taleh Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zaqatala şəhər stadionu, 14:00

Qeyd 1: Bu tur MOİK komandası istirahət edəcək.
Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Səbail-2” – “Ağsu” matçı keçirilməyəcək.