Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı
- 12:23
- 39
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının 6-cı turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.
Rekord.az xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.
Noyabrın 19-da Zenitsa şəhərindəki “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.