Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində keçirilən “Dinamo” (Kiyev, Ukrayna) – “Luqano” (İsveçrə) oyununu idarə edib.

Rekord.az xəbər verir ki, qarşılaşma qollu bərabərliklə bitib – 1:1. Ağayev bu görüşdə “Luqano”nun 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Ona bu oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim Orxan Məmmədov olub.

B qrupunda yer alan hər iki komanda bu nəticədən sonra Avroliqa ilə vidalaşıb. Qrupun digər iştirakçıları – “Kopenhagen” və “Malmö” növbəti mərhələyə yüksəlib.