Əliyar Ağayevdən Yunanıstanda 2 “sarı”, 1 penalti
- 03 Fev 2020 14:41
- 698
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Panatinaikos” – PAOK matçını idarə edib.
Rekord.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə baş çatıb.
Ağayev, matçda hər iki komandanın bir futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qarşılaşmada bir dəfə VAR-a baxdıqdan sonra “Panatinaikos”un qolunu ləğv edən Ağayev, PAOK-un qapısına penalti təyin edib.