
Əliyevin komandası evdə uduzdu
- 07 Apr 2025 21:30
- 29
Albaniya çempionatında 33-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" evdə “Elbasani” ilə qarşılaşıb.
Zamiqin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Əliyev 90 dəqiqə meydanda olub, 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Hazırda "Eqnatiya" 58 xalla liderliyini davam etdirir.