Albaniya çempionatında 35-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" evdə “Skenderbeu” ilə qarşılaşıb.


Zamiqin komandası bu oyundan xal itkisi ilə ayrılıb – 0:0. Əliyev 90 dəqiqə meydanda olub.


Hazırda "Eqnatiya" 59 xalla liderliyini davam etdirir.