Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionatında növbəti oyuna çıxıb.


Rekord.az xəbər verir ki, onun komandası “Eqnatiya” 22-ci turda “Vlajniya”nın qonağı olub.


Görüş “Eqnatiya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23 yaşlı müdafiəçi bu oyunun 71-ci dəqiqəsində meydana buraxılıb.


“Eqnatiya” bu qələbə sayəsində xalını 39-a çatdırıb və vahid liderdir.