Futbol üzrə Albaniya çempionatında 7-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" da növbəti matçına çıxıb. 

Komanda evdə "Partizani" ilə qarşılaşıb və 0:2 hesabıyla uduzub.

Zamiq də bu oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub, 56-cı dəqiqədə sarı vərəqə alıb.

"Eqnatiya" hazırda 11 xalla 3-cü sırada qərarlaşıb.