
Əliyevli “Eqnatiya”dan xal itkisi
- 12:30
- 34
Albaniyada ölkə çempionatının 30-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" evdə “Tirana” ilə qarşılaşıb.
Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Əliyev 90 dəqiqə meydanda olub, ilk yarının sonunda sarı vərəqə ilə cəzalanıb.
Hazırda "Eqnatiya" 54 xalla liderliyini davam etdirir.