Rusiyanın “Ufa” klubu qış təlim-məşq toplanışının 3-cü mərhələsi üçün İspaniyaya yollanıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyev və Turqay Möhbalıyevin formasını geyindiyi komanda İspaniyadakı hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. 

Premyer Liqa təmsilçisi fevralın 18-də İsveçrənin “Rappersvil”, 22-də Moskvanın ÇSKA və 23-də Çinin “Dalyan İfan” klubuyla qarşılaşacaq.

“Ufa”da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə İspaniyaya yollanıb. Ancaq digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev əvəzedici komanda ilə hazırlaşır.