Əliyevli “Ximki”yə 1 qol bəs etdi
- 24 Okt 2019 12:20
- 864
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Armavir”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməsə də, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Ximki” 19 turdan sonra 40 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.