Elmar Baxşıyev: “Daha fərqli komanda görəcəksiz”
- 09 Noy 2019 17:45
- 824
Azərbaycan Premyer Liqasının 11-ci turunun “Qəbələ” – “Səbail” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Rekord.az sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirəm. Azarkeşlərimizi bu bayrama görə sevindirmək istəyirdik. Komanda əlindən gələni etdi və qələbə qazandı. Gənc komanda üçün qələbə qazanmaq çox sevindiricidi. Komandamızda yetərincə gənc oyunçular var ki, bu qələbə onlar üçün əlavə motivasiyadı. İbrahima Niassenin komandaya qoşulmağını mən xahiş etmişdim. O, artırmağa qadirdi. Onun təcrübəsi bizə çox lazım olacaq. Məğlub olduqdan sonra da bu komandaya inanırıq. Komandanın potensialını görürük, bundan artığına layiqdi. Sonadək üzərimizə düşənə edəcəyik ki, daha yuxarı mövqelərə yaxınlaşacaq. Məqsəd oyun keyfiyyətlərini artırmaq və gənclərin təcrübə toplamasıdı. Davit Volkov zədələndiyi üçün özü əvəzlənməsini istədi. Bu, mikrozədədi. “Sabah”la oyunda daha yaxşı oynasaq da, qol imkanlarından yararlanmadıq. Komandamızda çox gənc futbolçular var, təcrübə baxımından geri qalırıq. Bunu istək və əzmkarlıqla kompensasiya edirik. Daha fərqli komanda görəcəksiz, məzmunlu və baxımlı futbol göstərəcəyik. Bu epizodları yaratmaq da müsbət məqamdı və sevindiricidi. Bu imkanlardan yararlanmağın üzərində işləyib, istifadə ilə bağlı çatışmazlığı aradan qaldıracağıq”.