"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Rekord.az-a müsahibə verib:


- Hazırlıq necə gedir, hər hansı sıxıntı yoxdur ki?

- Ümumi vəziyyət normaldı, bütün futbolçular düşərgəyə qayıdıb, sevindirici odur ki, hamısı yaxşı gəlib. 

- Artıq çəki, zədə ilə bağlı problem yoxdur.

- Yox, hər şey normaldı. Sadəcə fasilə müddətinin qısa olması.... (pauza verir)

- Hansısa problem yaradır? Avropada fasilə müddəti bundan da qısa olur...

- Gec yığılmağa məcbur olduq. Çünki futbolçuları da düşünməli idik. Xüsusilə legionerləri. Çünki 6 aydır ki, evlərindən, ailələrindən uzaq düşüblər. 

- Komandadan rəsmən ayrılan var?

- Yox, heyəti qoruyub saxlamışıq.

- Bəs yeni gələn var? Səhv etmirəmsə bir braziliyalı futbolçu ilə razılığa gəldiyiniz deyilir...

- Tam səmimi deyrəm, heç danışıq apardığımız futbolçu da yoxdur. Mətbuatda bəzi futbolçuların adı hallanır, amma ortada rəsmi heç nə yoxdur. 

- Amma yəqin ki, axtarış aparırsınız. Daha çox hansı mövqeyə oyunçu axtarırsınız?

- Daha çox hücuma. 

- Yerli, yoxsa əcnəbi?

- Əcnəbi. 

- Qışa qədər 2-ci pillədə qərarlaşmağınız çoxları üçün gözlənilməz oldu və bu mənada qışdan sonra sizə qarşı münasibət daha ciddi olacaq. Komanda olaraq, sizin hədəfiniz nə olacaq, avrokuboklar hədəf kimi qarşıya qoyulub?

- İlk hədəf yaşı təlim-məşq toplanışı keçməkdi. Ondan sonra isə çempionata yaxşı köklənmək. Futbolçularım özünə güvənir, istəklidir. Amma qarşıya konkret hədəf qoyulmayıb.

- Komandanın Naxçıvana dönmək ehtimalı nə yerdədir? Ən azı növbəti mövsüm üçün.

- Şəxsən mən bunu istəyirəm, bir neçə dəfə də dilə gətirmişəm. Tək mən yox, futbolçular da Naxçıvan publikası önündə oynamaq istəyir. 

- Naxçıvan stadionunda son durum necədir, məlumatınız var? Yəni orda hansısa iş görülür, yoxsa yox?

- O barədə bir xəbərim yoxdur.


Anar XANLAROV