Elmar Baxşıyev: “Hələ istədiyimiz oyunu sərgiləyə bilmirik”
- 07 Fev 2020 21:15
- 700
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Çətin olacağını bilirdik. "Sabah" da qış fasiləsindən sonra ilk oyununda uduzmuşdu. Fasilədən sonra dəyişikliklər baş verdi. Yeni gələnlər gec qoşulub deyə, istədiyimiz oyunu sərgiləyə bilmirik. Ancaq bilirəm ki, bu komandanın potensialı var və daha yaxşısını edəcəyik. Erkən qoldan sonra ani diqqətsizlik oldu. İki standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qol imkanlarımız oldu. Amma bu fürsətlərdən yararlana bilmədik. Günahı Ülvi İsgəndərovda görmürəm. Çünki komanda tək Ülvidən ibarət deyil. Digər oyunçuların da imkanları var idi”. (komanda.az)