Elmar Baxşıyev: “İlk hissədə oyuna yanaşmamız düzgün deyildi”
- 26 Okt 2019 18:51
- 877
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Oyunun bizim üçün çətin keçəcəyini öncədən də bilirdik. İki futbolçumuz bu oyunu buraxmaq məcburiyyətində qalmışdı. Heyətlə bağlı çətinliyimiz vardı. Amma bu gün ilk hissəni çıxmaq şərtilə, komanda pis təsir bağışlamadı. Xüsusilə fasilədən sonra futbolçularımz istədiyimiz oyunu nümayiş etdirməyə çalışdılar. Heyətdəki itkilərlə əlaqədar bəzi futbolçuların mövqeyində dəyişiklik etmişdik. Bəzisi ilk dəfə bu mövqedə oynayırdı. Fasilədə sistemdə müəyyən dəyişikliklər etdik. Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü. Görünür, ilk yarıda oyuna yanaşmamız düzgün deyildi. Qarşılaşmanın baş hakimi çox fit çalırdı, hər epizodda oyunu saxlayırdı. Ancaq böyük etirazım yox idi”.