Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Sədri Həmidreza ilk görüşündə Özbəkistanı təmsil edən Niyaz Pulatovla üz-üzə gələcək.

Ötən gün 74 kq-da yarışan Eltac Qafarov təsnifat mərhələsində Çin Taypeyindən olan Çenqçi Veyə uduzub.

Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.