Elvin Yunuszadə Bosniyada ilk oyununa çıxdı FOTO
- 16 Fev 2020 16:00
- 1212
Azərbaycanlı futbolçu Elvin Yunuszadə yeni klubu olan Bosniya və Herseqovinanın “Çelik” komandasında ilk oyununa çıxıb.
Cempion.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Boratsa”ya qarşı yoxlama görüşündə əsas heyətdə yer alıb.
İkinci hissə başlayan kimi isə Elvin də daxil olmaqla bütün 11 oyunçu əvəzlənib. Hazırlıq matçı olmasına baxmayaraq, xeyli azarkeşin izlədiyi matç “Çelik”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Bosniya və Herseqovina çempionatındakı fasilə fevralın 23-də başa çatır. Həmin gün “Çelik” “Zrinski”ni qəbul edəcək.