Bosniya və Herseqovinanın “Çelik” klubuna transfer olunan Elvin Yunuszadə yeni komandasında debüt oyununa çıxıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu komandasının “Borats”la keçirdiyi yoxlama görüşünün iştirakçısı olub.

Start heyətdə yer alan müdafiəçi ikinci hissədə əvəzlənib. Görüş “Çelik”in minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

“Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail” kimi klubların formasını geyinən Elvin, Azərbaycan milli komandasında da 3 oyuna çıxıb, 1 qol vurub.