Futbol üzrə Bosniya və Herseqovina çempionatında 22-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Elvin Yunuszadənin formasını geyindiyi “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Sloboda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Elvin bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Çelik” 22 oyuna topladığı 17 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.