U-20 millimizin baş məşqçisi Elxan Abdullayev Azərbaycan millisinin sabiq futbolçusu Mahir Şükürovu aldadıb.

Rekord.az-a məsələ ilə bağlı maraqlı məlumat daxil olub.

Daxil olan məlumata görə, U-20 millisinə baş məşqçi təyin olunan Abdullayev öncədən Mahirə onu özünə köməkçi götürəcəyinə dair söz verib. Lakin təyinatından sonra verdiyi sözü tutmayıb. Məhz buna görə tərəflər arasında münasubətlər soyuyub.