AFFA-nın baş katibinin keçmiş müavini Elxan Əsədov Azərbaycan Mini-Futbol Federasiyasının sədri postundan ayrılıb. 

 

Rekord.az xəbər verir ki, hazırda onun səlahiyyətlərini sədr müavini Taleh Nəsibov icra edir.

 

Azərbaycan Mini-Futbol Federasiyası (əvvəl assosiaya olub) 2017-ci ilin sonlarından fəaliyyətə başlayıb. Həmin vaxtdan federasiyanın sədri Elxan Əsədov idi.

 

Azərbaycan Mini-Futbol Federasiyasının müvəqqəti rəhbəri Taleh Nəsibov isə bu qurumun təsisçisi və sponsoru olan “Azfar Group” MMC-nin direktoru vəzifəsində çalışıb.

Elxan Əsədovun federasiyadan getməsinin səbəbi hələ ki açıqlanmayıb. Amma onun yenidən Elxan Məmmədovla münasibətlərinin yaxınlaşması haqda xəbərlər yayılıb.

8 ilə yaxındır münasibətləri normal olmayan tərəflərin yaxınlarda barışığa gəlməsi barədə mətbuata informasiyalar sızıb. AFFA-nın baş katibinin adaşını "Qəbələ"yə kuraitor göndərmək istəməsi yönündə məlumatlar da bu qəbildəndir. (sportinfo.az)