Elxan Məmmədov İcraiyyə Komitəsinə hesabat verdi
- 04 Dek 2019 19:20
- 803
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, AFFA-nın baş katibi, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasına dəvət olunub.
Məmmədov rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bundan əlavə, Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin irəli sürdüyü “Child safeguarding” (Uşaqların mühafizəsi) siyasəti ilə bağlı təqdimat olunub.
Elxan Məmmədov İcraiyyə Komitəsi qarşısında qeyd olunan siyasətin müvafiq əsasnaməsinin təsdiqi təklifini səsləndirib.