AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov «Neftçi»nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovla görüşüb.

Rekord.az xəbər verir ki, görüş qurumun qərargahında baş tutub.

Tərəflərin hansı səbəbdən bir araya gəlməsi açıqlanmasa da, güman etmək olar ki, Məmmədovun Qurbanovla bağlı bir planı var. «Pro» kateqoriyalı mütəxəssis ötən mövsümdən çalışdığı paytaxt klubuna təyinat alana kimi əsas millidə Robert Prosineçkinin köməkçisi olub.

Onun «Neftçi»də işləməsinə də Elxan bəy xeyir-dua verib. Ehtimal budur ki, icraçı vitse-prezident Qurbanovu yenidən formalaşacaq yığmanın məşqçilər korpusunda görmək istəyir. (sportinfo.az)