İsveçrə Futbol Federasiyasının prezidenti Dominik Blankda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokezada da koronavirus aşkarlanmışdı.

Hər iki şəxs mart ayının əvvəlində Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA-nın 44-cü konqresində iştirak edib.

həmin tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib. Məntiqlə Elxan Məmmədov dərhal karantinə alınmalı, test yoxlamasından keçməlidir.

Əslində icraçı vitse-prezidentin məsuliyyət hissi olsaydı, özü xəstəxanaya müraciət etməli və yoxlamadan keçməli idi.

Əgər İsveçrə və Serbiya futbol federasiyalarını n prezidentləri koronavirusa tutulubsa, onlarla eyni tədbirdə olan Elxan Məmmədovun bu virusa tutulmadığına kim zəmanət verə bilər?

Bəlkə də Elxan Məmmədov koronavirusa tutulub və özü də bilmədən indi başqa insanları yoluxdurur.