Elxan Məmmədov Rayan Giqqzlə görüşdü
- 24 Fev 2020 15:42
- 789
AÇ-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Rayan Giqqz, media və marketinq meneceri Yan Cin Hyuz, təhlükəsizlik departamentinin rəisi Qrant Aşton Briqqs və kit menecer David Tudor Qriffitsin daxil olduğu nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb. Görüşdə AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkli olunacağına əminlik ifadə olunub.
Elxan Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Günəşlə də görüşmüşdü.