Elxan Məmmədovn baş katib postuna daha bir namizədi
- 13 Yan 2020 14:00
- 1659
Yanvarın 28-də yeni təsis olunan AFFA-nın icraçı vitse prezidenti postunun sahibi məlum olacaq. Böyük səlahiyyətlərə sahib olacaq bu şəxsin hazırkı baş katib Elxan Məmmədov olacağı gözlənilir.
Rekord.az xəbər verir ki belə olan halda baş katib postuna da yeni şəxs seçilməlidir.
Artıq bir neçə namizədin adı hallanmaqdadır. Sirr deyil ki həmin şəxs baş katibə yaxın adam olacaq. Bizim əldə etdiyimiz məlumata görə namizədliyi yüksək qiymətləndirilən daha bir şəxs Hacı Zaur Məhərrəmovdur. Hazırda milli komandanın inzibatçısı postunu tutan bu şəxs baş katibin yerlisidir. Hətta deyilənə görə bir-birinə qohumluqları da çatır.