Emil Balayev üçün mükafat
- 03 Noy 2019 14:00
- 1054
Millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" Qazaxıstan çempionatının 32-ci turunda "Astana"nı qəbul edəcək.
Rekord.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Kostanay klubu Roman Qriqorçukun çalışdırdığı "Astana"nı məğlub etsə, "Kayrat" "Tobol"un futbolçularına mükafat verəcək.
"Tobol" avrokuboklara vəsiqə qazanmaq üçün 3-cü yeri tutmalıdır. Bu səbəbdən də Balayevin komandası "Astana"ya qarşı var-gücü ilə oynayacaq.
Çempionatın başa çatmasına 2 tur qalmış "Astana" 66 xalla liderdir. "Kayrat" paytaxt klubundan 1 xal geri qalır. "Tobol" 60 xalla 3-cü yeri tutur.