Emil Balayevin klubunda ayrılıq
- 17 Dek 2019 15:20
- 1021
Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubunda ayrılıq baş verib.
Rekord.az xəbər verir ki, müdafiəçi Viktor Dmitrenko Kostanay təmsilçisi ilə bitən müqaviləsini yeniləməyib və komandadan ayrılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu rəsmi sayt vasitəsilə “Tobol” klubunun azarkeşlərinə təşəkkürünü bildirib.
2016-cı ildən “Tobol”da forma geyinən Dmitrenko son mövsümdə Qazaxıstan çempionatında 31 oyuna çıxıb.