Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ
- 14 Dek 2019 20:30
- 728
Qazaxıstanın “Tobol” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi erməni Qriqori Babayana tapşırılıb.
Bu barədə Kostanay təmsilçisinin rəsmi saytı məlumat yayıb. Amma onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, Babayan bundan əvvəl “Astana”da “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.