Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Muatafayevin çıxış etdiyi “Çernomorets” səfərdə “Veres Rivne” ilə qarşılaşıb.


Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.


Emil bu görüşün 69-cu dəqiqəsində meydana buraxılıb.


“Çernomorets” 18 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.