Emin ehtiyatda qaldı, “Kalmar” uduzdu
- 21 Okt 2019 11:42
- 711
Futbol üzrə İsveç çempionatında 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Norçöpinq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Kalmar” hazırda 23 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.