"Neftçi"nin təcrübəli futbolçusu Emin Mahmudov zədə səbəbindən dünən "Sumqayıt"la matçda forma geyinmədi.

Rekord.az xəbər verir ki, Eminin nə zaman yaşıl meydançalara qayıdacağı məlum deyil.

Onun hətta mövsümün erkən  bitirəcəyi də istisna deyil. Hər şey bu həftə baş tutması gözlənilən həkim müayinəsindən sonra bilinəcək.