Samir Abasov "Neftçi"yə gələr-gəlməz, kapitanlıq sarğısını Ramil Şeydayevdən alıb, gənc qapıçı Rza Cəfərlinin qoluna bağladı.

Lakin Rekord.az-a daxil olan məlumata görə, bu, müvəqqəti xarakter daşıyır.

Böyük ehtimalla gələn aydan sarğı yenidən Emin Mahmudova həvalə ediləcək. Emin yeni baş məşqçinin bəyəndiyi və xüsusi hörmət etdiyi futbolçulardandır. Təsadüfi deyil ki, Abasov gələn kimi Emini əsas heyətə qaytarıb.