Emrelidən “Nürnberq”də uğursuz debüt
- 21 Sen 2024 18:40
- 147
Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”də debüt edib.
Rekord.az xəbər verir ki, yığma komandanın üzvü bu gün keçirilən “Herta” ilə matçın 39-cu dəqiqəsində meydana daxil olub.
O, zədələnən Benyamin Qolleri əvəzləyib. Sonadək oynayan azərbaycanlı futbolçu sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
“Nürnberq” bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.